UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Azərbaycan çempionu "Neftçi”nin də mübarizə apardığı qitənin ən titullu klub turnirində növbəti mərhələyə keçən komandalar müəyyənləşib.
Əvvəlcə ilk matçda qalibi müəyyənləşməyən "Streymur” - "Lusitans” (2:2) görüşü keçirilib. "Qarabağ”ın 2 il əvvəl UEFA Avropa Liqasında mübarizədən kənarlaşdırdığı Farer adaları təmsilçisi bu görüşün əsas favoriti hesab edilirdi. Elə "Streymur” da ona bəslənilən ümidləri doğrulda bilib. Qarşılaşmada meydan sahibləri qonaqları 5:1 hesabı ilə məğlub ediblər.
Digər görüşdə isə səfərə sərfəli
nəticə ilə gedən Ermənistanın "Şirak” klubu ilə San Marinonun "Tre Penne” komandası üz-üzə gəliblər. Bu matçda meydan sahibləri minimum hesabla qalib gəlsələr də, növbəti mərhələyə keçə bilməyiblər. Çünki ilk oyunda "Şirak” "Tre Penne”ni 3 cavabsız topla məğlub etmişdi.
Beləliklə, II təsnifat mərhələsində "Streymur” Gürcüstan təmsilçisi "Dinamo”nun, "Şirak” isə Serbiya klubu "Partizan”nın rəqibi olub.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
"Streymur” (Farer adaları) - "Lusitans” (Andorra) - 5:1
Qollar: Hansen, 3, Hanssen, 35; 85 Zaxaryasen, 72, Niklasen, 90+3 - Reys, 66.
İlk oyun - 2:2
"Tre Penne” (San Marino) - "Şirak” (Ermənistan) - 1:0
Qol: Kadio, 2 (öz qapısına).
İlk oyun - 0:3