2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətər bu çempionatın təşkilinə 200 milyard dollar maliyyə vəsaiti ayırıb. Bu vəsaitin 140 milyard dollardan çoxu yeni hava limanı, magistral yollar və metro sisteminin tikintisinə xərclənəcək.
Dünya çempionatı üçün 400 min futbolsevərin gələcəyi gözlənilən Qətərdə turizm sahəsinə 20 milyard dollar ayrılacaq. Daha 20 milyard dollar isə turnirin digər sahələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Qətər dünya çempionatına ev sahibliyi uğrunda mübarizədə ABŞ, Avstraliya, Yaponiya və Cənubi Koreyanı üstələyərək bu hüquqa yiyələnmişdi. Qətərdə yay aylarında hərarət 40 dərəcədən çox olduğundan 2022-ci il dünya çempionatının qışda keçirilməsi istisna olunmur.