Kapello Messinin yaxınlarını stadiondan qovdu

Kapello Messinin yaxınlarını stadiondan qovdu

Yoldaşlıq oyununda "Messinin dostları” komandasına rəhbərlik edən futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello argentinalı futbolçunun qardaşlarını ehtiyat oyunçular skamyasına buraxmaqdan imtina edib. Bundan xəbər tutan Messi əsəbiləşib və əvəz olunmasını xahiş edərək, duş da qəbul etmədən stadionu tərk edib. Qeyd edək ki, Messinin iki böyük qardaşı var - Rodriqo və Matias.
Kapello oyundan öncə kənar şəxsləri ehtiyat oyunçular skamyasına buraxmamağı xahiş edib. Messinin qardaşlarından savayı, oyundan əvvəl braziliyalı futbolçu Neymarın atası və kolumbiyalı futbolçu Mario Yepesin uşaqları da meydanın yanında olublar. Lakin tezliklə onlar ehtiyat oyunçular skamyasından uzaqlaşdırılıblar.
Oyuna gəldikdə, matç 8:5 hesablı qələbə ilə Messinin dostlarının xeyrinə başa çatıb. İkinci komandaya məşhur braziliyalı futbolçu Ziko rəhbərlik edib.