Futbolçular telefonla oyun alqı-satqısı barədə məlumat verəcəklər

Futbolçular telefonla oyun alqı-satqısı barədə məlumat verəcəklər

Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası telefonlar üçün xüsusi proqramın hazırlandığını bildirib. Soccerex.com saytının xəbərinə görə, bunun sayəsində futbolçular oyun alqı-satqısı və şübhəli oyunlar barədə məlumat verə biləcəklər.
Avropadakı istənilən futbolçu telefonuna xüsusi əlavəni yükləyə bilər ki, burada da qırmızı düyməni basmaqla danışılmış oyunlarla mübarizə orqanlarına pulla ələ almağa cəhd barədə məlumat vermək mümkün olacaq. Hər istifadəçinin öz şəxsi kodu olacaq ki, bu da anonimliyə təminat verəcək. Bundan başqa, futbolçular televizorla oyuna baxarkən də öz şübhələri barədə məlumat vermək imkanına malik olacaqlar.