Türkiyənin "Dənizlispor” klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, I divizion təmsilçisi millimizin keçmiş müdafiəçisi Rail Məlikovun "Qəbələ”yə keçidindən sonra onun yerinə Saşa Yunisoğlunu transfer edib.Millimizin futbolçusu Arif İsayevin də çıxış etdiyi Türkiyə klubu 27 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb.
Müqavilənin imzalanma mərasimində "Dənizlispor”a gəldiyinə görə xoşbəxt olduğunu bildirən Saşa müqaviləyə imza atıb. Sonra milli komandamızın keçmiş mərkəz müdafiəçisi "Dənizlispor”un vitse-prezidenti Hikmət Çəlikkol, baş menecer Mehmet Ali Kəskinlər və mətbuat xidmətin rəhbəri Yasin Özpəklə birgə klubun bayrağı ilə şəkil çəkdirib.
Qeyd edək ki, S. Yunisoğlu bundan əvvəl "Sumqayıt”la 1 illik müddətinə razılaşmışdı.