4 “Bavariya”lı Avropanın ən yaxşı futbolçusu adına namizəddir

4 “Bavariya”lı Avropanın ən yaxşı futbolçusu adına namizəddir


UEFA 2012/13 mövsümündə "UEFA Best Player in Europe” mükafatının sahibini müəyyənləşdirmək üçün keçirilən sorğunun ilk mərhələsinin nəticələrini açıqlayıb. Avropanın tanınmış media nümayəndələrinin qatıldığı səsvermədə qitənin ən yaxşı futbolçusu adı uğrunda mübarizəni davam etdirəcək 10 nəfərin adı məlum olub. Onların arasında Çempionalar Liqasının qalibi "Bavariya”nın 4, həmçinin Almaniya və Hollandiya yığmalarının hərəyə 2 oyunçusu yer alıb. Həmçinin namizədlərdən "Barselona”nın argentinalı hücumçusu Lionel Messi 2011-ci ildə artıq "UEFA Best Player in Europe” mükafatını qazanıb. 2011/12 mövsümündə Avropanın ən yaxşı futbolçusu seçilmiş "Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Andres İnyesta isə ilk onluğa düşə bilməyərək daşıdığı adı başqasına təhvil verməli olacaq.
Ümumiyyətlə, sorğunun ilk mərhələsində 26 futbolçu səs alıb. Səsvermənin ikinci mərhələsinin nəticəsinin və finala qalacaq 3 futbolçunun adının avqustun 6-da açıqlanacağını da xatırladaq. Nəhayət, 2012/13 mövsümündə "UEFA Best Player in Europe” mükafatının sahibi avqustun 29-da Monakoda Çempionlar Liqası qrup mərhələsinin püşkatması zamanı baş tutacaq canlı səsvermə nəticəsində bəlli olacaq.
Yeri gəlmişkən, UEFA Avropanın ən yaxşı qadın futbolçusu üçün də mükafat təsis edib. Bu mükafatın ilk sahibi sentyabrın 5-də bəlli olacaq.
"UEFA Best Player in Europe” mükafatının münsiflər heyətində Azərbaycanı AFFA-nın əməkdaşı Rasim Mövsümzadə təmsil edir. Qeyd edək ki, həmyerlimiz eyni zamanda UEFA və FİFA-nın ("Qızıl top”) iki mükafatının jüri üzvü olan 5 nəfərdən biridir.

"UEFA Best Player in Europe” mükafatı uğrunda mübarizəni davam etdirənlər

QARET BEYL

Yaşı: 24
Ampluası: cinah yarımmüdafiəçisi
Milli komandası: Uels (2006-cı ildən)
Klubu: Tottenhem (2007-ci ildən)

KRİŞTİANU RONALDO

Yaşı: 28
Ampluası: hücumçu
Milli komandası: Portuqaliya (2003-cü ildən)
Klubu: Real Madrid (2009-cu ildən)

ZLATAN İBRAHİMOVİÇ

Yaşı: 31
Ampluası: hücumçu
Milli komandası: İsveç (2001-ci ildən)
Klubu: PSJ (2012-ci ildən)

ROBERT LEVANDOVSKİ

Yaşı: 24
Ampluası: hücumçu
Milli komandası: Polşa (2008-ci ildən)
Klubu: Borussiya Dortmund (2010-cu ildən)

LİONEL MESSİ

Yaşı: 26
Ampluası: hücumçu
Milli komandası: Argentina (2005-ci ildən)
Klubu: Barselona (2004-cü ildən)

TOMAS MÜLLER

Yaşı: 23
Ampluası: cinah yarımmüdafiəçisi
Milli komandası: Almaniya (2010-cu ildən)
Klubu: Bavariya (2008-ci ildən)

FRANK RİBERİ

Yaşı: 30 yaş
Ampluası: cinah yarımmüdafiəçisi
Milli komandası: Fransa (2006-cı ildən)
Klubu: Bavariya (2007-ci ildən)

ARYEN ROBBEN

Yaşı: 29
Ampluası: cinah yarımmüdafiəçisi
Milli komandası: Hollandiya (2003-cü ildən)
Klubu: Bavariya (2009-cu ildən)

BASTİAN ŞVAYNŞTAYGER

Yaşı: 28
Ampluası: mərkəz yarımmüdafiəçisi
Milli komandası: Almaniya (2004-cü ildən)
Klubu: Bavariya (2002-ci ildən)

ROBİN VAN PERSİ

Yaşı: 29
Ampluası: hücumçu
Milli komandası: Hollandiya (2005-ci ildən)
Klubu: Mançester Yunayted (2012-ci ildən)

Sorğunun birinci mərhələsində səs alan, amma ilk onluğa düşə bilməyən futbolçular:

Edinson Kavani (Uruqvay / Napoli) Dante (Braziliya / Bavariya)
Edin Djeko (Bosniya və Herseqovina / Mançester Siti)
Falkao (Kolumbiya / Atletiko Madrid, indi - Monako)
Mario Getze (Almaniya / Borussiya Dortmund, indi - Bavariya) İlkay Gündoğan (Almaniya / Borussiya Dortmund)
Andres İnyesta (İspaniya / Barselona)
Branislav İvanoviç (Serbiya / Çelsi)
Xavi Martinez (İspaniya / Bavariya)
Filipp Lam (Almaniya / Bavariya)
Mario Mandjukiç (Xorvatiya / Bavariya)
Manuel Noyer (Almaniya / Bavariya) Oskar Kardozo (Paraqvay / Benfika)
Andrea Pirlo (İtaliya / Yuventus)
Arturo Vidal (Çili / Yuventus)
Xavi Hernandez (İspaniya / Barselona)