Beynəlxalq turnirdə idmançılarımız iki medala sahib çıxıblar

Beynəlxalq turnirdə idmançılarımız iki medala sahib çıxıblar

Tbilisidə Şota Kveliaşvilinin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə beynəlxalq turnirdə idmançılarımız uğurla çıxış edərək iki medal qazanıblar.
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında təmsilçimiz Ruslan Lunyov 580 xalla 1-ci yeri tutub. Komandamızın digər üzvü Nigar Nəsirova 558 xalla 3-cü pillədə qərarlaşıb.