Böyük Britaniyanın "Mançester Siti” klubu Portuqaliya yığmasının 30 yaşlı oyunçusunun transferi üçün 25 milyon avro təklif edir. Klub Pepenin özünə isə ildə 7 milyon avro maaş verməyi düşünür.
Pepeyə gəlincə, o, "Siti”yə keçməyə razıdır. Çünki hazırda çalışdığı "Real” klubuna yeni təyin olunan baş məşqçi Karlo Ançelottinin onunla necə rəftar edəcəyini bilmir.