Kikboksinqçimiz növbəti döyüşünə çıxacaq

Kikboksinqçimiz növbəti döyüşünə çıxacaq
Gələn ilin fevral ayının 29-da azərbaycanlı kikboksinqçi Ramal Aslanov növbəti peşəkar döyüşünə çıxacaq. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan "Lord” ləqəbli azərbaycanlı idmançı Belarusun paytaxtı Minskdə keçiriləcək "MGC Live 2 Fight” döyüş gecəsi çərçivəsində yerli idmançı Maksim Spodarenko ilə qarşılaşacaq.
Bu il 75 kiloqram çəkidə dünya çempionu olmuş 27 yaşlı R. Aslanov indiyədək peşəkar rinqdə 40 döyüş keçirib. O, bunlardan 35-də qalib gəlib.
M. Spodarenko kikboksinqin K-1 versiyası üzrə ötən il Avropa çempionu və qitə kubokunun qalibi olub. Həmin il K-1 üzrə Avropa çempionatının ən yaxşı döyüşçüsü mükafatını alıb. Bu il isə o, dünya kubokunu qazanıb.