Ulduz idmançı 650 uşağa noutbuk hədiyyə etdi

Ulduz idmançı 650 uşağa noutbuk hədiyyə etdi

 NBA müntəzəm çempionatında cıxış edən "Hyuston"un basketbolçusu Rassel Uestbruk koronavirusla mübarizədə xeyriyyə aksiyasına qoşulub. Basketbolçu Hyustonda yaşayan 650 az təminatlı uşaga noutbuk göndərib. Bu barədə şəhərin meri Silvester Terner məlumat verib. O deyib: "Rasselə bu addımına görə minnətdaram. O, bu yardımı xəbərsiz edib. Rassel belə hərəkəti ilə sübut etdi ki, o təkcə meydanda deyil, xeyirxahlıqda da liderdir. Bu hamımız üçün örnək olmalıdır".