İtaliyalı azarkeşlərə bir illik qadağa qoyuldu

İtaliyalı azarkeşlərə bir illik qadağa qoyuldu

İtaliya hökuməti azarkeşlərin futbol oyunlarını izləməsinə bir illik qadağanın qoyulacağını bildirib.
Azarkeşlər yalnız bir ildən sonra İtaliya futbol çempionatının oyunlarının canlı şahidi ola biləcəklər. Məlumata görə, ​ A Seriyasına daxil olan ​ klublar mayın 4-də məşq prosesinə başlayacaq. May ayının 31-də isə mövsüm yenidən davam edəcək. Lakin oyunların azarkeşlər üçün qapalı keçiriləcəyi bildirilib. Futbol azarkeşlərinin sevimli komandalarını tribunlardan dəstəkləməsi isə yalnız 2021-ci ilin mart ayından sonra mümkün olacaq.​
Qeyd edək ki, koronovirus infeksiyasının yayılması ilə əlaqədar olaraq, ​ UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını dayandırıb, Avropa Çempionatını isə növbəti ilə keçirib.​