"Vəfatımdan sonra beynimin alimlərə qalmasını istəyirəm"

"Vəfatımdan sonra beynimin alimlərə qalmasını istəyirəm"

​UFC-nın braziliyalı döyüşçüsü Paulo Kosta ictimaiyyətlə gələcək planları ilə bölüşüb. İdmançı səhhətinin qeydinə qalaraq, ringdə uzun müddət qalmayacağını deyib.​
"Məlumdur ki, beyin hüceyrələri bərpa edilmir. Zərbələr hüceyrələrin azalmasına və refleks hissinin zəifləməsinə gətirib çıxardır. Bu da öz növbəsində danışıq qabiliyyətinə və yaddaşa mənfi təsir göstərir. Mənə bu mövzu çox maraqlıdır. Mən parlaq karyera sahibi olmaq istəyirəm. Lakin 36 yaşımdan sonra döyüşməyəcəyimə əminəm. Bunun ​ beyin üçün vacib olduğunu bilirəm və beynimin qayğısına qalıram. Məsələn, məşq zamanı mən MMA əlçəklərindən istifadə etmirəm. Mən yalnız boks əlçəklərinə üstünlük verirəm. Həmçinin başımı zərbələrdən qorumaq üçün dəbilqədən istifadə edirəm. Ölümümdən sonra beynimin alimlərə qalmasını istəyirəm", - deyə 29 yaşlı idmançı bildirib.​