Maykl Cordanın köynəyi inanılmaz qiymətə satılıb

Maykl Cordanın köynəyi inanılmaz qiymətə satılıb

​Basketbol tarixində NBA-nın ən yaxşı oyunçusu Maykl Cordanın idman köynəyi hərracda 216 min dollara satılıb. ​ Məhs bu köynəkdə əfsanəvi basketbolçu 1992-ci ildə ABŞ millisinin tərkibində Olimpiya Oyunlarının qalibi olub. Maykl Cordanın bu köynəyi ilk dəfə 1992-ci ildə 17 min 500 dollara satılıb. 2013-cü ildə isə 52 min dollara yenidən hərracdan alınıb.​
Qeyd edək ki, basketbolçu "Çikaqo bullz" komandasının heyyətində altı dəfə NBA çempionu və iki dəfə Olimpiya çempionudur (1984, 1992).​