"Hazırlıq prosesi plana uyğun keçiriləcək"

"Hazırlıq prosesi plana uyğun keçiriləcək"

Rusiyanın idman naziri Oleq Matısin bildirib ki, koronavirus pandemiyası rusiyalı atletlərin yay Olimpiya oyunlarının hazırlıq prosesinə təsir etməyəcək. "Alimlərin fikrini nəzərə alaraq əminliklə deyə bilərəm ki, hazırlıq prosesi plana uyğun keçiriləcək. Belə ki, yay Olimpiya oyunlarının keçirilməsi 2021-ci ilin iyul ayına planlaşdırılır. Digər beynəlxalq növlərə start verilməsi isə payız ayından tez olmamaq şərti ilə başlayacaq. Əminəm ki, idmançılarımız federasiya rəsmiləri və məşqçilərlə birgə ölkəmizi layiqincə təmsil edəcəklər",- deyə nazir vurğulayıb. 
Qeyd edək ki, yay Olimpiya oyunlarının keçirilməsi 24 iyul-9 avqust 2020-ci ildə Tokioda planlaşdırılırdı. Lakin koronovirus pandemiyası səbəbi ilə oyunlar 23 iyul-8 avqust 2021-ci il tarixinə keçirilib.