Avropa çempionatının vaxtı müəyyənləşib

Avropa çempionatının vaxtı müəyyənləşib

Ağır atletika üzrə Avropa çempionatının keçiriləcəyi vaxt müəyyənləşib.

Qitə birinciliyi oktyabrın 31-dən noyabrın 8-dək əvvəlcədən planlaşdırıldığı kimi Moskvada təşkil olunacaq.
Əvvəlcədən aprelin 4-12-nə planlaşdırılan Avropa çempionatı iyunun 13-21-nə təxirə salınmışdı. Daha sonra həmin tarix də qeyri-müəyyən vaxta uzadılmışdı.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.