Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov xəstəxanaya yerləşdirilib. O, özü də təsdiqləyib. Qısa açıqlama verən A.Nurməhəmmədov "Xəstəxanada yatıram, üzrlü sayın" deyib.
Onun hansı səbəbdən xəstaxanaya yerləşdirilməsinin səbəbi isə məlum deyil.
Qeyd edək ki, daha əvvəl Həbib Nurməhəmmədovun aprelin 18-də Las-Veqasda amerikalı Toni Ferqyusonla nəzərdə tutulan döyüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.