Basketbolçunun kədərli anları bitmir

Basketbolçunun kədərli anları bitmir

NBA-nın keçmiş basketbolçusu Sebastyan Telfeyrin anası və qardaşı koronovirusdan dünyasını dəyişib. Bildirilir ki, basketbolçunun anası 64 yaşında pandemiya səbəbi ilə həyatını itirib. İdmançının qardaşı Den isə martın əvvəlində vəfat edib.​​ ​

Qeyd edək ki, 2017-ci ildə basketbolçunun avtomobilində polis tərəfindən dörd tapança, patron, iki kisə marixuana və qoruyucu jilet aşkar edilmişdi. 2019-cu ilin aprel ayında isə 34 yaşlı idmançı 3,5 il müddətində azadlıqadan məhrum edilib. Sebastyan Telfeyrin 2004-2014-cü illərdə NBA-da çıxış edib.