Agentinanın "Boka Xuniors” və "San Lorenzo” klubları arasında keçiriləcək yoldaşlıq matçı faciəvi hadisə səbəbindən ləğv olunub.
Belə ki, oyundan əvvəl klub azarkeşləri arasında mübahisə yaşanıb. Daha sonra isə silahlı atışma baş verib. Nəticədə "Boka Xuniors”un iki azarkeşi dünyasını dəyişib, biri isə yaralanıb.
Qeyd edək ki, bu, Argentina futbolunda ölümlə nəticələnən ilk hadisə deyil. Belə ki, bu ilin iyun ayında da azarkeşlərdən biri polisin açdığı plastik mərmilərdən dünyasını dəyişmişdi.