Millimizin üzvü əvəzedici heyətdə

Millimizin üzvü əvəzedici heyətdə

Rusiya Premyer Liqasında mübarizə aparan klubların II komandaları arasında keçirilən ölkə çempionatında növbəti oyunlar təşkil olunub. Millimizin şərəfini qoruyan Ruslan Abışovun klubu "Rubin”in əvəzedici komandası "Zenit”lə qarşılaşıb.
Kazanda keçirilən oyunda meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub edib. "Rubin”in qələbə qazanmasında təmsilçimizin də rolu böyük olub. Belə ki, R. Abışov meydana ikinci hissədə daxil olub. Birinci hissədə hesabı açan tatarıstanlılar ikinci qolu məhz Ruslanın meydanda olduğu dəqiqələrdə vurublar.