İslamda idman və dini ritualların faydası -II yazı

İslamda idman və dini ritualların faydası -II yazı

          (əvvəli)

İslam dininin dəstəmaz, namaz, oruc və s. kimi göstərişlərinin insan​ orqanizminə faydaları tibbi baxımdan araşdırılır. Bu istiqamətdə bir sıra inkişaf etmiş ölkələrdə tibb elmi üzrə mütəxəssislərin elmi-tədqiqi mülahizələri vardır ki, dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. Həkimlərin müəyyənləşdirdiyinə görə, orucun həzm sisteminə təsiri fövqəl dərəcədə böyükdür. Ağız, tüpürcək vəzləri, udlaq, qida borusu, mədə, on​ iki​ barmaq bağırsaq, qaraciyər, mədəaltı vəz kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir komputer kimi fəaliyyət göstərməkdədir. Avtomatik surətdə idarə olunan bu sistem gün ərzində uzunmüddətli iş rejiminin, əksər hallarda əsəbləşmənin və düzgün qidalanmamağın nəticəsində taqətdən düşür və öz həyati funksiyalarını lazımınca yerinə yetirə bilmir. Oruc tutmaqla həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə olunur. Maraqlısı bundadır ki, orucdan başqa digər pəhrizlər yuxarıda dediklərimiz baxımından kifayət deyil. Çünki hətta 10 qramlıq bir maddənin belə orqanizmə daxil olması həzm sistemini hərəkətə gətirir, bu mənada demək olar ki, məhz oruc sayəsində həzm sistemi dincəlir. Müəyyən olunub ki, orucun qaraciyərə başqa bir təsiri qan vasitəsilədir. Qaraciyərin ən mühüm funksiyalarından biri qəbul edilən qida ilə ifraz olunan qida arasında müvazinət yaratmaqdır. Bu baxımdan oruc tutularkən gündüzlər qida qəbul olunmadığından qaraciyər istirahət edir və bu müddət ərzində immunitetin güclənməsinə səbəb olan həyati əhəmiyyətli qlobinlər hazırlayır.​ Tibb elminin mütəxəssisləri orucun faydaları ilə bağlı araşdırmalar apararkən digər maraqlı bir fakt aşkar ediblər. Sən demə, başqa aclıq hallarından fərqli olaraq, Ramazan ayında niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı da dayanır. Bu isə öz növbəsində mədənin dincəlməsinə və həzm sisteminin yaxşılaşmasına səbəb olur. Oruc tutmağın bağırsaqların fəaliyyətində oynadığı müsbət rolu da qeyd etmək lazımdır. Çünki oruc tutarkən, bağırsaqlar şirə ifrazını dayandırır və bağırsaqların hərəkət edən əzələləri istirahət edir. Bağırsaqların daxili divarları altında mühafizə sisteminin bir hissəsi olan xovların yerləşdiyini bilirik. Oruc sayəsində həmin xovlarda sözün əsl mənasında bir təftiş (həyəcan) həyata keçirilir. Bir sözlə, orucun tibbi baxımdan insan orqanizmi üçün nə qədər faydalı olduğu göz qabağındadır.

 

İnsan sağlamlığı çox mürəkkəb mexanizmdir

 

Orucluq insan psixikasına müsbət təsir göstərir, insan rahatlıq tapır. Oruc tutan insanın beyni daha güclü işləyir və daha qüvvətli olur. Adi günlərdə insan daha çox qidalandığı üçün orqanizmdə olan bütün qan kütləsi qidanın həzm olunmasına gedir. Burada məqsəd maddələr mübadiləsinin və həzm prosesinin yaxşı getməsidir. Qan beyindən aşağı orqanlara axır və həzm prosesində iştirak edir. Çox yeməkdən sonra insana yuxunun gəlməsi də bununla izah edilir. Çox yeyən adamlar, daha çox yuxulu və tənbəl olurlar. Ancaq oruc tutan adamda mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir. İnsan təfəkkürü daha açıq olur. İnsan yaddaşı yaxşılaşır, insan daha sərrast hərəkət edir və danışır. İnsan beyni qanla yaxşı təmin olunur. Əgər beyin qanla yaxşı təmin olunmazsa, onda hipoksiya halı, beyin passivliyi yarana bilər. Bu hal beyinə qədər oksigenin daxil olmaması nəticəsində yaranır. Orucluğun tibbi təsirləri də vardır. İnsan orqanizmi toksik maddələrdən təmizlənir. İnsan orqanizminin ehtiyat hissələri yeniləşir. Oruc tutan insanın orqanları boşalır, yüklərdən və zərərli maddələrdən azad olur. Hər bir insan orucluqdan sonra deyir ki, o, özünü gümrah hiss edir, yüngül hiss edir. Bütün bunlar orqanizmin enerji ehtiyatlarını yeniləşdirir və artırır. İnsan sağlamlığı çox mürəkkəb mexanizmdir. Orucluq insan sağlamlığının qorunmasında gözəl vasitədir. İnsan bir ay ərzində pəhriz rejiminə əməl edir. İnsan qidanın miqdarını azaldır və qidanın tərkibinə fikir verir. Pəhriz isə rəsmi təbabətdə bir çox xəstəliklərin müalicəsi üçün təyin olunur. Xüsusilə də qaraciyər və mədə-bağırsaq xəstəliklərində pəhriz təyin edilir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır, bədən tullantılardan, toksik maddələrdən təmizlənir. Oruc tutmaqla orqanizmdəki ehtiyat qüvvələri işə düşür. Şəkər, yağ, zülal maddələri ilə təmin edilmək üçün orqanizmdə ehtiyat mənbələri mövcuddur. Ehtiyat mənbələrinin işə düşməsi ilə bədəndəki orqanların yenidənqurma prosesi gedir və onlar yeniləşir. Orqanizmdəki həzm sistemi dincəlir və özünü yeniləşdiri. Bədəndəki yağları həzm edən ödü hazırlamqdan tutmuş, çoxlu digər funksiyalar yerinə yetirən qaraciyər orucluq zamanı dincəlir və köhnə maddələri buraxaraq,​ yeni maddələri qəbul edir. Bu isə qaraciyər kimi mühüm bir orqanın yeniləşməsinə və daha yaxşı işləməsinə səbəb olur. Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, təzələnir və selikli qişa təzələndiyi üçün həzm prosesi yaxşılaşır. Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar bir gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir. Ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsinə də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur. Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan böyrəkdir. Çox qida qəbul edilməsi böyrəyin yükünü artırır. Oruc tutan adamın böyrəkləri dincəlir və bu, onun normal fəaliyyətini gücləndirir. Bir məsələni də qeyd edək ki, oruc tutmaq dinimizdə buyurulduğu kimi, xəstə adamlara rəva görülmür. Əgər məsələnin tibbi tərəfinə də baxsaq, deyə bilərik​ ki, doğrudan da, xəstə adamlar oruc tutmamalıdır. Xüsusilə mədə-bağırsaq sistemi xəstə olan adamlara oruc tutmaq məsləhət görülmür. Müqəddəs kəlamlarda da deyilir ki, xəstə adam oruc tutarsa, bu özü günahdır. əgər xəstə adam oruc tutarsa, bu, xəstəliyi bir qədər də dərinləşdirər, qaraciyər, öd, mədə-bağırsaq sisteminə, xüsusilə mənfi təsir edər. Mədə-bağırsağı xəstə olan adamda sorulma yaxşı getmədiyindən bədənə qida az daxil olur və əgər həmin adam oruc tutarsa, bədənə qida bir qədər də az daxil olar. Bu isə həzm sistemindəki xəstəliyin dərinləşməsinə səbəb olar.

 

"Oruc şöhrət və fəxr üçün tutulmamalıdır"

 

Xəstəliklərin çoxu sinir sisteminin, insan psixikasının pozulması fonunda yaranır. Sinir sisteminin qorunması üçün inam əsas şərtlərdəndir. Müasir dövrdə insanların çoxu inam vasitəsilə, özünə müsbət təlqin vasitəsilə müalicə olunur. Oruc Allaha, yaxşılığa inamın bir təzahür formasıdır. Bu cəhətdən baxanda da oruc tutmaq psixoloji problemləri aşmaq üçün vacib şərtlərdəndir. Ona görə də deyə bilərik ki, sağlamlıq naminə oruc tutmaq çox xeyirlidir.

 

Namazın fiziki quruluşumuza olan təsiri:

 

1.Göz büllürünun yığılmadan görə bildiyi, beləliklə də rahat olub dincəldiyi məsafə təxminən 1,5 metrdir. Bu məsafə isə namaz qılan insanın səcdə etdiyi yerə qədər olan məsafəyə bərabərdir. Məlum olduğu kimi namaz qılarkən səcdə edilən yerə baxılır və beləliklə, insan özü də bilmədən onun gözünün büllürları dincəlir. Gündə 40 rükət hesabı ilə bu istirahət vaxtı 1 saata bərabər olur ki, bu nemət də göz üçün böyük bir sağlamlıqdır.

2. Orqanizmin ən çox fəaliyyət göstərən yerləri oynaqlardır. Namaz qılmaqla oynaqların sərtləşməsinin qarşısı alınır, onlar sağlam və mütəhərrik olur. Bunu açıq şəkildə bildirirəm ki, namaz hərəkətlərindən başqa heç bir hərəkət orqanizm üçün bu qədər faydalı ola bilməz.​

3. Ürəyin fəaliyyətində və onun duyğu sistemləri ilə əlaqəsində elektromaqnetik oxlar olduqca əhəmiyyətlidir. Namaz hərəkətləri zamanı bu oxlar ən ideal xətlər üzrə düzülür. Əsasən sağlam insanların gündəlik elektromaqnitlərin təsirlər nəticəsində döş nahiyəsində hiss etdikləri ağrılara namaz qılanlarda demək olar ki, əsla rast gəlinmir.

 

Namazın ruhumuza təsiri.

 

1. Gün ərzində bircə saatlığa da olsa, dünyanın dərd-sərindən xilas olub namaz vasitəsilə rahat nəfəs alırıq.

2. Namazımızı davam etdirsək, ayənin də əmr etdiyi kimi, həddi aşmaqdan və eyni zamanda bir çox günahlardan uzaqlaşıb nəfsdən və buna bağlı olan stresslərdən xilas olarıq.

3. Namaz qılanlarda istər-istəməz təvəkkül hissi inkişaf edir, beləliklə də ruhi xəstəliklərin yaranmasında mühüm rol oynayan vəsvəsələr aradan qaldırılır.

 

Namazın əxlaqımıza təsiri:

 

1.Namaz qılan insan Allah-Təalanın hüzürunda oxuduğu "Fatihə" surəsində verdiyi "Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik" vədini şüuraltı surətdə inkişaf etdirərək öz əxlaqı səviyyəsini tədricən nəzərdən keçirir. Həmin bu şüuraltı analiz insana, əvvəlcə çətin gəlir, sonralar isə öz yerini tutaraq onun əxlaqi səviyyəsini yüksəldir.

2. Namazı hətta formal yerinə yetirən adamar da səcdə etdikləri zaman öz lovğalıq və təkəbbürlərini itirmiş olurlar. Əxlaqi baxımdan ən ağır və təhlükəli xəstəlik təkəbbürdür, eyni zamanda bütün mübasihələrin, nifrətin əsasında nəfsin bu zalım​ xəstəliyi dayanır.

3. Namaz imana nəzarət edən çox ayıq-sayıq bir gözətçidir. İmanda yarana bilən mənfi hallar və zəifliklər namaz qılanlarda müşahidə olunmur. Buna görə imanın xəstəlikləri və İslam dininin əsas qadağaları olan riya və yalan xarakterimizdən çıxmağa başlayır. Beləliklə də Peyğəmbərimizin (s.ə.v) "Müsəlman yalan danışmaz " hökmü reallaşır.

 

 

İslamda idman və dini ritualların faydası -II yazı İslamda idman və dini ritualların faydası -II yazı İslamda idman və dini ritualların faydası -II yazı İslamda idman və dini ritualların faydası -II yazı İslamda idman və dini ritualların faydası -II yazı İslamda idman və dini ritualların faydası -II yazı