Dünya çempionatının vaxtı Tokio-2020-yə görə dəyişdirildi

Dünya çempionatının vaxtı Tokio-2020-yə görə dəyişdirildi

​Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi daha iki turniri təxirə salıb.

İcraiyyə Komitəsinin qərarı ilə 2021-ci ildə keçirilməsi planlaşdırılan yeniyetmələr arasında idman və bədii gimnastika üzrə dünya çempionatlarının vaxtı dəyişdirilib. Təşkilatçılar bu qərarı Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasına görə veriblər.

Qeyd edək ki, hər iki dünya çempionatı 2023-cü ildə təşkil olunacaq.