Böyükağa Hacıyev istefaya göndərildi

Böyükağa Hacıyev istefaya göndərildi


Dünən "Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. İclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib. Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
"Neftçi” bu gündən etibarən məşqlərini bərpa edib. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə olunub.

olimpnews.az