Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 2001-2002-ci il və 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə "Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilib. Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak edib.
Bakı şəhəri Gənclər və İdman Baş İdarəsindən olimpnews.az-a daxil olan xəbərə görə, 2001-2002-ci il təvəllüdlülər arasında yarimfinala çıxan Nərimanov və Xəzər rayon komandaları arasında keçirilən oyunda Nərimanov rayon komandası (3:1 ), Xətai və Qaradağ rayon komandaları arasında keçirilən oyunda isə Xətai rayon komandası (4:2) qalib gəlib. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Nərimanov və Xətai rayon komandaları arasında keçirilən gərgin oyunda 2:0 hesabı ilə Nərimanov rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Qaradağ və Xəzər komandaları arasında keçirilən oyunda 3:1 hesabı ilə Qaradağ rayon komandası qalib gəlib. Beləliklə, yarışda 1-ci yerə "Nərimanov” komandası, 2-ci yerə "Xətai” komandası, 3-cü yerə isə "Qaradağ” komandası layiq görülüb.
1999-2000-ci il təvəllüdlülər arasında yarimfinala çıxan Qaradağ və Binəqədi rayon komandaları arasında keçirilən oyunda Qaradağ rayon komandası (3:2), Xəzər və Nizami rayon komandaları arasında keçirilən oyunda isə Xəzər rayon komandası (2:0) qalib gəlib.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Qaradağ və Xəzər rayon komandaları arasında keçirilən oyunda Xəzər rayon komandası (0:1) qalib gəlib. III-IV yerlər uğrunda mübarizə aparan Binəqədi və Nizami komandalarının görüşü birincinin xeyrinə 2:0 hesabı ilə başa çatıb. Beləliklə yarışda "Xəzər” komandası 1-ci yeri, "Qaradağ” komandası 2-ci yeri, "Binəqədi” komandası isə 3-cü yeri tutub.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilib.
Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin mətbuat xidməti