"Anji”nin baş məşqçisi Quus Hiddink istefa verib. Hollandiyalı çalışdırıcı istefa ərizəsini ötən həftə Mahaçqala klubunun rəhbərliyi ilə görüşündə təqdim edib.Rəhbərlik Hiddinkin ərizəsini qəbul edib və qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Daha sonra rəhbərlik "Anji” klubun inkişafına əhəmiyyətli töhfə verən təcrübəli mütəxəssisə təşəkkür edib və bundan sonrakı karyerasına da müvəffəqiyyətlər arzulayıb.
Artıq mahaçqalalılar komandaya yeni məşqçi təyin ediblər. Bu, "Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Fergüssonun köməkçisi olmuş və bir müddət əvvəl Hiddinkin yardımçısı vəzifəsinə gətirilmiş Rene Melenstendir. "Anji”nin baş direktoru Eyvaz Kaziəhmedov 49 yaşlı mütəxəssisi futbolçulara təqdim edib.