Basketbolçular hər gün testdən keçəcəklər

Basketbolçular hər gün testdən keçəcəklər

Milli Basketbol Assosiasiyasında (NBA) mövsümün bərpa olunmasının təfərrüatları bəlli olub.

Mövsümün iyunun 31-də 22 komandanın iştirakı ilə bərpası planlaşdırılır.
Komandaların hamısı Florida ştatının Orlando şəhərində oyunlarını keçirəcək. Qarşılaşmalar boş tribunalar önündə olacaq.
Bütün basketbolçular hər gün koronavirus testindən keçəcəklər.
Qeyd edək ki, NBA-da cari mövsümün oyunları martın 12-də koronavirus səbəbindən dayandırılıb.