Müsəlman futbolçu formadan imtina etdi

Müsəlman futbolçu formadan imtina etdi

İngiltərənin "Nyukasl” komandasının müsalman futbolçusu Papiss Sise meydançaya çıxarkən forma geyməkdən imtina edib. Futbolçu bu hərəkətinə görə KİV nümayəndələrinin diqqət mərkəzinə düşüb. Sissenin bu hərəkətinin səbəbi islam dinində sələmçiliyin haram sayılması ilə bağlıdır. O, məhz bu prinsipə görə, harama bulaşmamaq üçün komandasının üzərində "Wonga” bankının reklamı olan formanı geyməkdən boyun qaçırıb.
Həftəyə 40 min funt-sterlinq qazanan seneqallı futbolçu onun formasında bank əvəzinə, xeyriyyə təşkilatlarından birinin reklamının yerləşdirilməsini təklif etsə də, klub rəhbərliyi bununla razılaşmayıb.
Qeyd edək ki, P.Sissenin bu prinsipiallığı ona klubdan qovulmaq bahasına başa gələ bilər. Məlumata görə, Sisse bu hərəkətinə görə yoldaşlıq oyunu keçirmək üçün Portuqaliyaya yola düşən "Nyukasl”ın heyətinə daxil edilməyib.
Qeyd edək ki, bir müddət əvvəl İspaniyanın "Sevilya” komandasının müsəlman futbolçusu Frederik Kanute də üzərində bukmeyker kompaniyasının reklamı olan formanı geyməkdən imtina etmişdi. Maraqlıdır ki, "Sevilya” rəhbərliyi ona reklamsız formada çıxış etməyə icazə vermişdi.