DÇ-2014-də ən ucuz biletlər 90 dollara satılacaq

DÇ-2014-də ən ucuz biletlər 90 dollara satılacaq

DÇ-2014-ün oyunlarına biletlər bu il avqustun 20-də satışa çıxarılacaq. Qrup mərhələsinin qarşılaşmalarına ən ucuz bileti 90 dollara almaq mümkün olacaq. Amma ən ucuz biletlərinin qiyməti 220 dollar olacaq açılış oyunu istisnadır.
Braziliya əhalisinin bir qismi mundialın ilk 48 oyunundan 47-ə cəmi 15 dollara canlı baxa biləcək: bu qiymət tələbələr, yaşı 60-dan çox olan azarkeşlər və "Bolsa Familia” proqramının üzvləri üçün nəzərdə tutulub.
Ümumilikdə satışa 3 milyon bilet çıxarılacaq və onlar üç mərhələdə satılacaq.