"Mançester Siti”nin müdafiəçisi Duqlas Maykon "Roma”ya keçib. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Braziliyalı oyunçu "canavarlar”la 2015-ci ilə qədər müqavilə imzalayıb. Düzdür, 32 yaşlı müdafiəçi iyulun 17-də "Roma”da ilk məşqinə çıxmışdı. Ötən həftə isə Maykon İtaliya təmsilçisi ilə rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, Maykon "Mançester Siti”yə 2012-ci ildə "İnter”dən keçib. Ötən mövsüm 13 matçda forma geyinən "sambaçı” mövsüm sonuna yaxın "şəhərlilər”lə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib. O, "İnter”in heyətində İtaliya A seriyasının və kubokunun dəfələrlə qalibi olub, bir dəfə də Çempionlar Liqasını qazanıb.