“Şirlər”in cəzası ləğv olunub

“Şirlər”in cəzası ləğv olunub

FİFA Kamerun Futbol Federasiyasına verdiyi cəzanı ləğv edib. "Şirlər” ali futbol qurumu tərəfindən aşkar edilən bütün qayda pozuntularını aradan qaldırıblar.
Qeyd edək ki, Kamerun Futbol Federasiyasının işlərinə dövlətin müdaxilə etməsindən sonra FİFA afrikalıların bütün yaş qrupunda olan yığmalarını, həmçinin ölkə klublarını regional, kontinental, beynəlxalq yarışlar və yoldaşlıq matçlarında iştirakdan kənarlaşdırmışdı.