Daha iki basketbolçu koronavirusa yoluxdu

Daha iki basketbolçu koronavirusa yoluxdu

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Sakramento Kinqs" komandasının iki üzvü koronavirusa yoluxub.​ Aleks Len və Cabari Parkerin test nəticələri müsbət olub.​

Qeyd edək ki, NBA-da​ mövsümün iyulun 31-də 22 komandanın iştirakı ilə bərpası planlaşdırılır.

Komandaların hamısı matçlarını Florida ştatının Orlando şəhərində keçirəcək. Qarşılaşmalar boş tribunalar önündə oynanılacaq.

NBA-da cari mövsümün görüşləri martın 12-də koronavirus səbəbindən dayandırılıb.