Qətldə ittiham olunan güləşçimiz axtarışa verildi

Qətldə ittiham olunan güləşçimiz axtarışa verildi

Azərbaycan milli komandasının güləşçisi Nurməhəmməd Hacıyev qətldə ittiham olunur. Bunu Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi instaqram səhifəsi açıqlayıb. 24 yaşlı sərbəst üsulla güləşən təmsilçimiz “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun ölümündə təqsirləndirilir. Məlumatda bildirilir ki, N.Hacıyev axtarışa verilən üç şəxsdən biridir: “Aparılan tədbirlər nəticəsində müəyyənləşib ki, bu cinayətin törədilməsi 1995-ci il təvəllüdlü Surakat Asiyatilov, 1994-cü il təvəllüdlü Hüseyn Asiyatilov, 1996-cı il təvəllüdlü Nurməhəmməd Hacıyevlə bağlıdır.​ Adları çəkilən şəxslərin axtarışı barədə rəsmi qərar iyunun 26-da imzalanıb. Həmin vaxta qədər isə yalnız ilkin informasiya olub”.

Qeyd​ edək​ ki, 97​ kq​ çəki​ dərəcəsində çıxış​ edən​ Nurməhəmməd​ Hacıyev​ 2018​ və 2019-cu​ illərdə​ keçirilən​ Avropa​ çempionatlarının​ bürünc,​ Minsk-2019​ II​ Avropa​ Oyunlarının​ gümüş​ mükafatçısıdır.​ O,​ gənclər​ və​ yeniyetmələr​ arasında​ müxtəlif​ turnirlərin​ qalibi​ olub.