“Şəhərlilər” çempiona dərs verdi

“Şəhərlilər” çempiona dərs verdi

​Futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Çempionatın favoriti sayılan “Mançester Siti” və “Liverpul” komandaları üz-üzə gəlib. Görüş “şəhərlilər”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Siti”nin heyətində Kevin De Brüyne, Rahim Sterlinq, Fil Foden və Okslayd Çemberland (avtoqol) fərqləniblər.
Qeyd edək ki, bu oyun çempionluq yolunda formal xarakter daşıyırdı. Çünki ötən tur “Liverpul” vaxtından əvvəl çempionluğunu rəsmiləşdirmişdi.
“Liverpul” 86 xalla birinci, “Mançester Siti” isə 66 xalla ikinci yerdə qərarlaşıb.