Milan Baroş karyerasını bitirdi

Milan Baroş karyerasını bitirdi

Çexiya millisinin sabiq futbolçusu Milan Baroş karyerasını bitirib.

Ölkəsində "Banik" klubunda çıxış edən 38 yaşlı hücumçu zədəsinə görə belə qərar verib.
Qeyd edək ki, Milan Baroş 2005-ci ildə "Liverpul"un heyətində Çempionlar Liqasının qalibi olub. Təcrübəli hücumçu "Aston Villa", "Lion", "Qalatasaray", "Antalyaspor" kimi klublarda da çıxış edib.