Ronaldo 60 illik rekordu təkrarladı

Ronaldo 60 illik rekordu təkrarladı

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo​ A seriyasında bu mövsüm 25-ci qolu vurub.

O, "Torino" ilə 30-cu turun dünənki matçında (4:1) fərqlənib.
İtaliya mətbuatının məlumatına görə, bununla da portuqaliyalı hücumçu klubunda rekordu təkrarlayıb. Məsələ burasındadır ki, 1960/61 mövsümündən üzə bəri Turin komandasının heç bir futbolçusu İtaliya çempionatında 25 qol vurmamışdı.
Son dəfə bu göstəriciyə həmin mövsümdə Omar Sivori nail olmuşdu.