DÇ-də yeni texnologiya

DÇ-də yeni texnologiya

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında yeni texnologiya tətbiq etməyi planlaşdırır.​​ Ali futbol qurumunun texnologiya direktoru Yohannes Holsmüller meydanın kənarlarına xüsusi robot cihazların qurlaşdırılacağını deyib. Bildirib ki, bununla oyunçunun ofsaydda olub-olmaması müəyyənləşəcək. Yeni texnologiya ilə mübahisəli ofsayd epizodlarında VAR-a müraciət edilib əlavə vaxt itkisinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, Qətərdə keçiriləcək mundial ilk dəfə qışda - 21 noyabr - 18 dekabrda təşkil olunacaq.