Azərbaycanlı dünya və Avropa çempionu vəfat edib

Azərbaycanlı dünya və Avropa çempionu vəfat edib

Azərbaycan idmanına itki üz verib. Dünən gecə qəflətən halı pisləşən zorxana ustası​ Rüfət Gülaliyev​ vəfat edib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun “Olimpiyadunyası.com” və​ “Olimpnews.az” saytına verdiyi məlumata görə 22 yaşlı idmançının ölümü ürəyində yaranan problemlə əlaqədardır. Bakıda yaşayan idmançı bu gün Ağcabədi rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.