27 yaşlı Olimpiya mükafatçısı vəfat edib

27 yaşlı Olimpiya mükafatçısı vəfat edib

Şort-trek estafetində 2018-ci ilin Olimpiya Oyunlarının bürünc mükafatçısı Lara van Rayven 27 yaşında vəfat edib. Bu barədə Hollandiya konkisürmə İdman Federasiyasının mətbuat xidməti məlumat yayıb. Van Rayvenin Fransanın Pireneyə ərazisində təlim-məşq toplanışı zamanı xəstələndiyi bildirilir. İdmançının immun sistemində yaranan problemlər səbəbi ilə o, daxili qanaxma keçirib. V.Rayven həyatının son günlərində koma vəziyyətində olub.

Qeyd edək ki, 27 yaşlı Van Rayven həmçinin 2019-cu ildə 500 m məsafəsində şort-trek üzrə dünya çempionu, 2018-ci ilin dünya çempionatında estafetdə gümüş medal sahibi və üçqat Avropa çempionudur.