Cənubi Koreya yaponları günahlandırdı

Cənubi Koreya yaponları  günahlandırdı


İyulun 20-28-də Seulda keçirilən turnirdə qalmaqal baş verib. Cənubi Koreya və Yaponiya (1:2) yığmaları arasında keçirilən oyun zamanı azarkeşlər çaxnaşma salıblar. Yaponiyalı fanatların öz ölkələrinin çox böyük ölçüdə hazırlanmış bayrağını nümayiş etdirməsi cənubi koreyalıların narazılığına səbəb olub. Onlar tribunadan üzərində, "öz tarixini unudan millətin gələcəyi yoxdur” sözləri əks olunmuş plakat asıblar. Bu məsələyə münasibət bildirən Yaponiyanın baş naziri Esixide Suqa baş verənlərə görə təəssüfləndiyini deyib. Bu ölkənin futbol federasiyası isə FİFA-ya şikayət məktubu ünvanlayıb. Cənubi Koreya Futbol Federasiyasının keçirdiyi iclasda yaponiyalı fanatlar günahlandırılıb. Federasiya hesab edir ki, yaponlar üzərində doğmaqda olan günəşin əks olunduğu bayrağı nümayiş etdirməklə bu ölkənin hərbi hökmranlığını xatırladıblar. Qeyd edək ki, Cənubi Koreya 1910-1945-ci illərdə Yaponiyanın koloniyası olub.