Jozef Blatter: “FİFA MDB çempionatının keçirilməsinə maraq göstərmir”

Jozef Blatter: “FİFA MDB çempionatının keçirilməsinə maraq göstərmir”


FİFA prezidenti Jozef Blatter KİV-lər üçün mətbuat konfransı keçirib. O, XXI "Birlik Kuboku”, MDB dö
vlətlərinin çempionatı ilə bağlı məslələlərə, həmçinin futbolda ediləcək dəyişikliklərə münasibət bildirib.



- Cənab Blatter, buyaxınlarda Rusiyada olmusunuz. Səfərinizin nəticələri sizi qane etdimi?

- Əvvəlcə onu deyim ki, Rusiyaya, xüsusən də Sankt-Peterburqa gəldiyi üçün çox şadam. Burada ölkənizin siyasi və idman rəhbərləri ilə görüşlər keçirdim. Rusiya 2018-ci ildə dünya çempionatına ev sahibliyi edəcək. 
B
ununla bağlı ölkə başçısı Vladimir Putinlə söhbət etdik. Putin Təşkilat Komitəsinin işindən razı qaldığını bildirdi. Həmçin
in "Birlik Kuboku”nda iştirak edən 11 Milli Futbol Assosiasiyasının nümayəndələri ilə söhbətimiz oldu. Məncə, 21 il əvvəl kçirilməyə başlayan "Birlik Kuboku” turniri davam etdirilməlidir. Mən 1992-
ci ildən bu turnirin gedişatı ilə maraqlanıram.

- MDB çempionatının keçirilməsi ideyasına münasibətiniz necədir? Bu məsələ ilə bağlı Rusiya Futbol Federasiyasının prezidenti Nikolay Tolstıxa tövsiyələriniz oldumu?

- Qeyd etməliyəm ki, FİFA MDB çempionatının keçirilməsinə maraq göstərmir. Bizim möhkəm təşkilatımız var və burada klublar əsas rol oynayırlar. Onların oyunları öz ölkələrinin Milli Futbol Assosiasiyalarının nəzarəti altnda keçirilir. Bu, fundamental bir prinsipdir. Bizim nəzarət etdiyimiz və coğrafi ərazilər üzrə fəaliyyət göstərən konfederasiyalar da var. Bunlar UEFA, KONMEBOL və başqalarıdır. FİFA-nın Konqeri bu bu qurumlara bölgələr üzrə yarışlar təşkil etmək hüququ verib. Məsələn, Libertadores Kuboku, Çempionlar Liqası və s. Bütün bunlar FİFA-nın, konfederasiyaların və milli assosiasiyaların nizamnaməsinə uyğunlaşdırılıb. Məncə, MDB çempionatının keçirilməsi düzgün ideya deyil. Bu, FİFA-nın strukturunu dağıda bilər. Həmçinin dünya futbol ailəsinin daxili birliyinə ziyan vurar. Bir sözlə, Tolstıxa demək istərdim ki, milli liqanın oyunlarına daha çox diqqət ayırsın, digər məsələləri isə unutsun.

- Oyun zamanı qapıların arxasında əlavə hakimlərin dayanmasına və topun qapıdan keçib-keçməməsinin elektron sistemlə qeydə alınmasına münasibətinizi bilmək istərdik.

- Tokioda keçirilən klublararası dünya çempionatında elektron sistem sınaqdan keçirildi və bu sistemin sınaqdan keçirilməsi hakimləri razı saldı. Təsəvvür edin ki, "Real” klubunun prezidenti Florentino Perez bu sistemin İspaniya çempionatında tətbiq edilməsi ilə bağlı FİFA-ya müraciət göndərib. Bu ilin iyun ayında Braziliyada keçiriləcək Konfederasiya kubokunda elektron sistemindən istifadə etməyi nəzərdə tutmuşuq. Onu da deyim ki, bu qurğu çox bahadır. Əlavə hakimərə gəlincə, deməliyəm ki, onlar qapının arxasında, sağ və ya sol tərəfdə dayanacaqlar. Amma onlar elektron sistemi əvəzləmək imkanında deyillər. Məsələ burasındadır ki, hakimlərin sayı da bəs etmir. 209 min assosiasiya əlavə bir hakim tapmaqda çətinlik çəkir. Halbuki, oyunlar üçün 2 nəfər əlavə hakimə ehtiyac var.

- Sizə elə gəlmir ki, bəzi oyunların azarkeşlərsiz keçirilməsi həddindən artıq ağır cəza formasıdır?

- Hesab edirəm ki, meydançada və tribunalarda səsləndirilən irqçilik xarakterli şüarlara görə ciddi cəza üsulları tətbiq olunmalıdır. Belə etməsək, bu problemi aradan qaldıra bilməyəcəyik. FİFA bu məsələ ilə əlaqədar bütün dünyada seminarlar keçirir, təbliğat işləri aparır. Amma irqçilik problemini aradan qaldıra bilmirik. Pul cərimələri də kömək etmir. Mən başa düşürəm ki, azarkeşsiz futbol heç kimə lazım deyil. Amma başqa yolumuz yoxdur. FİFA-nın Nizam-İntizam Komitəsi qeyd etdiyim problemi birdəfəlik həll etmək üçün komandaların xallarını azaltmaq, yuxarı divizionda çıxış edən klubları aşağı diviziona keçirməyi təklif edib. Yaxın günlərdə bununla bağlı müzakirə aparacağıq. Bir sözlə, təşkilatımızın qaydalarında ciddi yeniliklər gözlənilir.

- Deyilənlərə görə, sizin vəzifənizə ən real namizəd UEFA prezidenti Mişel Platinidir.

- Mən heç yerə getmirəm (gülür). 2015-ci ilə qədər bu vəzifədə qalacağam. Əlbəttə, bir gün mən də öz vəzifəmdən gedəcəyəm və məni kimsə əvəzləyəcək. Mişel Platini son dörd il ərzində mənim texniki məsləhətçim olub. O, hazırda UEFA-ya çox yüksək şəkildə rəhbərlik edir. Bəli mən hesab edirəm ki, Mişel Platini FİFA prezidentliyinə ən yaxşı namizədlərdən biri ola bilər.