20 yaşlı dünya çempionu pəncərədən yıxıldı

20 yaşlı dünya çempionu pəncərədən yıxıldı

Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionu Yekaterina Aleksandrovskaya bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə rusiyalı idmançının evində baş verib. 20 yaşlı Aleksandrovskaya 6-cı mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Gecə yıxılan Yekaterinanın cəsədi bir müddət sonra pəncərənin altından tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.

Bu yaxınlarda Kanadadakı yarışda uğursuz çıxış edən Yekaterina​ Aleksandrovskayanın depressiyadan əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, rusiyalı idmançı 2016-cı ildə vətəndaşlığını dəyişərək, Avstraliya millisi üçün yarışıb. O, 2017-ci ildə cütlərin mübarizəsində gənclər arasında dünya çempionatının qalibi olub.