Basketbolçular yeni agentlik yaradırlar

Basketbolçular yeni agentlik yaradırlar

NBA-nın keçmiş basketbolçuları - Treysi Makqredi və​ Cermen Onillə​ birlikdə​ yeni agentlik açmağı planlaşdırırlar. «Olimpiyadunyası.com»«Sport İllustrated»ə​ istinadən xəbər verir ki,​yeni agentilik «Seven1 Sports Group» adı altında idmançıların hüquqlarını və​ problemlərini qaydalar çərçivəsində​ həll etməyə​ çalışacaq. Struktura​ əsasən Maqreydi haqqında danışılan agentlikdə​ məsləhətçi kimi fəaliyyət göstərəcək. Eyni zamanda televiziadakı işini də​ davam etdirəcək. Onil isə​ agentliyin sahibi olacaq. Alınan məlumatlara görə, yeni yaradılmış agentliyə​ lisenziya gələn ilin yanvarında veriləcək.