PSJ-nin yubiley dəsti

PSJ-nin yubiley dəsti

Fransanın PSJ klubu 2020-2021 mövsümündə doğma azarkeşlər önündə çıxış edəcəyi yeni idman dəstini təqdim edib. Bildirək ki, ilk dəfə 1973-cü ildə dəstdə təsvir edilən qırmızı zolaq klubun yeni dəstinin mərkəzində yer alıb.

Qeyd edək ki, dəst PSJ komandasının 50 illiyinə həsr olunub. Klub 1970-ci il avqustun 12-də yaranıb.