“Barselona” rəhbərliyi​​ 12 futbolçusu​ ilə yollarını ayırmağı düşünür​

“Barselona” rəhbərliyi​​ 12 futbolçusu​ ilə yollarını ayırmağı düşünür​

"Barselona" mövsümün sonunda heyətində köklü dəyişikliklər etməyə hazırlaşır.​ Kataloniya klubu transferə çıxarılacaq futbolçuları artıq müəyyənləşdirib. Mövsüm başa çatdıqdan sonra konkret olaraq 12 oyunçu La Liqa klubunu tərk edə bilər.​​ Rəhbərlik Neto, Nelson Semedo, Samuel Umtiti, Junior Firpo, İvan Rakitiç, Arturo Vidal, Usman Dembele və Martin Braytvaytla vidalaşmağın yollarını axtarır. Klub həmçinin icarədə olan Karles Alena, Rafinya, Jan-Kler Todibo və Filipp Koutinyo üçün də təkliflər gözləyir.​ Qeyd edək ki, "Barselona" La Liqada geridə qalan mövsümü ikinci pillədə tamamlayıb.