Avropada daha bir çempionat yarımçıq qaldı

Avropada daha bir çempionat yarımçıq qaldı

Fasilədən sonra mayın 23-də bərpa olunmuş Çexiya çempionatının tam yekunlaşdırılmasına qərar verilib.​​ Buna koronavirusa yeni yoluxma halı səbəb olub.​​ Yüksək liqada qalmaq uğrunda mübarizə aparan "Opava"nın oyunçusunun xəstələnməsi bütün komandanı karantinə çəkilməyə məcbur edib.​​ Belə bir şəraitdə çempionatın davam etdirilməsi qeyri-mümkün sayılıb.​

Çempion adını "Slaviya" qazanıb. Avropa Liqasında "Viktoriya", "Sparta", "Yablonets" və "Slovan" çıxış edəcək. Aşağı liqaya isə heç bir klub enməyəcək. Beləliklə, növbəti mövsüm Çexiya liqası 18 komandayadək genişlənəcək. ​