“Twitter”dəki 10 ən populyar idmançıdan 8-i futbolçudur

“Twitter”dəki 10 ən populyar idmançıdan 8-i futbolçudur

"AS” nəşrinin məlumatına görə, Kriştianu Ronaldo "Twitter” sosial şəbəkəsində ən populyar idmançıdır. Onun səhifəsinin abunəçilərinin sayı 20,1 milyon nəfərdir. Ronaldonun ən yaxın izləyicisi isə 16,2 milyon abunəçisi olan "Real”dakı həmkarı Kakadır. Maraqlıdır ki, "Twitter”dəki 10 ən populyar idmançıdan 8-i futbolçudur.

"Twitter”də yer alan 10 ən populyar idmançı:
1. Kriştianu Ronaldo (Portuqaliya, futbol) - 20,1 milyon abunəçi
2. Kaka (Braziliya, futbol) - 16,2
3. Lebron Ceyms (ABŞ, basketbol) - 9,3
4. Neymar (Braziliya, futbol) - 7,8
5. Şakil O`Nil (ABŞ, basketbol) - 7,4
6. Ronaldinyo (Braziliya, futbol) - 6,9
7. Ueyn Runi (İngiltərə, futbol) - 6,8
8. Andres İnyesta (İspaniya, futbol) - 6,5
9. Xerard Pike (İspaniya, futbol) - 6,4
10. Sesk Fabreqas (İspaniya, futbol) - 6,4