«Sonuncu rəqs» üçün «Emmi» mükafatı

«Sonuncu rəqs» üçün «Emmi» mükafatı

Əfsanəvi «Çikaqo Bullz» və 90-cı illərin əfsanəvi basketbolçusu Maykl Cordandan bəhs olunan «Sonuncu rəqs» sənədli serialı «Emmi» mükafatına layiq görülə bilər. Amerika kino akademiyasından verilən məlumat görə, serial üç kateqoriya üzrə nominasiya qazana bilər. «Ən yaxşı sənədli film», «Ən yaxşı montaj» və «Ən yaxşı rejissor işi» nominasiyasında «Sonuncu rəqs» mükafat qazanmağa layiq hesab olunur.

Qeyd edək ki, «Emmi» mükafatının qalibləri sentyabr ayında Los Ancelesdə təşkil olunacaq mərasimdə müəyyənləşəcək.

«Sonuncu rəqs» üçün «Emmi» mükafatı