Kamerunlu hücumçu “Xəzər Lənkəran”da

Kamerunlu hücumçu “Xəzər Lənkəran”da

"Xəzər Lənkəran” klubu heyətini kamerunlu hücumçu ilə gücləndirib. Klubun rəsmi saytının yaydığı məlumata görə, cənublularla 2 illik müqaviləyə imza atan Mbilla Etame Serj Flavye bundan sonra "ağ-yaşıl” formada çıxış edəcək.
25 yaşlı afrikalı hücumçu 2008-ci ildən etibarən Türkiyənin 1-ci dəstə təmsilçisi olan "Adanaspor”un uğurları üçün çalışıb. Çıxış etdiyi ilk mövsümdə rəqib qapılarına 10 qol vurmuş Mbilla komandasının aparıcı oyunçularından birinə çevrilib.
Ümumilikdə, Adana təmsilçisinin heyətində 61 qola imza atmış hücumçu 2010/2011-ci illər mövsümünün yekunlarına əsasən Türkiyənin aşağı dəstəsinin "ən yaxşı bombardiri” mükafatına layiq görülüb. Maraqlıdır ki, yeni transfer imza atdığı qollardan yalnız birini penaltidən vurub.