Ağdamlıların bəxtinə yenə Almaniya təmsilçisi düşdü

Ağdamlıların bəxtinə yenə Almaniya təmsilçisi düşdü


Avqustun 9-da UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərdə təşkil olunan mərasimdə 31 cütlük müəyyənləşib.
Püşkatmada Ağdamın "Qarabağ” klubunun da rəqibi bəlli olub. İlk 3 təsnifat mərhələsində inamlı təsir bağışlayan Azərbaycan təmsilçisi səpələnməmişlər səbətində yer aldığından bu dəfə bəxtinə daha güclü komanda düşüb. Qurban Qurbanovun yetirmələri qrupa düşmək üçün 3 il əvvəl olduğu kimi, yenə Almaniya təmsilçisi ilə qarşılaşacaqlar. Lakin bu dəfə rəqibimiz Dortmund "Borussiya”sı deyil, Frankfurt "Ayntraxt”ıdır. Onlar son mövsümdə Bundesliqanı 6-cı yerdə tamamlayıblar. Tərəflər arasında ilk oyun Bakıda təşkil olunacaq.
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu «Rubin» klubunun bəxtinə Norveçin «Molde» komandası düşüb. Mütəxəssislər ilk oyununu səfərdə keçirəcək Kazan klubunun asanlıqla qrup mərhələsinə vəsiqə qazanacağını vurğulayırlar.
Türkiyənin tunirdə təmsilçisi Trabzonspor” klubunun bəxti gətirib, desək, yanılmarıq. «qaradənizlilər» qrupa düşmək uğrunda Albaniyanın "Kukesi” klubu ilə üz-üzə gələcək.
Təmsilçimiz «İnter» klubunu turnirdən kənarlaşdıran "Tromse” Türkiyənin "Beşiktaş” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
«Xəzər Lənkəran»ı məğlub edən Hayfanın "Makkabi” klubu Rumıniyanın "Astra” komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri 1 həftə sonra olacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi
"Kuban” (Rusiya) - "Feyenoord” (Hollandiya)
"Molde” (Norveç) - "Rubin” (Rusiya)
"Sent-Qallen” (Avstriya) - "Spartak” (Rusiya)
"Rapid” (Avstriya) - "Dila” (Gürcüstan)
"Aktobe” (Qazaxıstan) - "Dinamo” (Kiyev, Ukrayna)
"Eştoril” (Portuqaliya) - "Paşinq” (Avstriya)
"Apollon” (Kipr) - "Nitsa” (Fransa)
"QARABAĞ” (AZƏRBAYCAN) - "Ayntraxt” (Almaniya)
"Elfsborq” (İsveç) - "Nordşelland” (Danimarka)
Yablonets” (Çexiya) - "Betis” (İspaniya)
"Zulte Varegem” (Belçika) - APOEL (Kipr)
"Şlensk” (Polşa) - "Sevilya” (İspaniya)
"Rieka” (Xorvatiya) - "Ştutqart” (Almaniya)
"Voyvodina" (Serbiya) - "Şerif” (Moldova)
"Suonsi”(İngiltərə) - "Petrolul” (Rumıniya)
"Zalsburq” (Avstriya) - "Jalgiris” (Litva)
"Çernomorets” (Ukrayna) - "Skenderbeu” (Albaniya)
Trabzonspor” (Türkiyə) - "Kukesi” (Albaniya)
"Tromse” (Norveç) - "Beşiktaş” (Türkiyə)
Atromitos” (Yunanıstan) - "Alkmaar” (Hollandiya)
"Makkabi” (Tel-Əviv, İsrail) - PAOK (Yunanıstan)
"Esbyerq” (Danimarka) - "Sent-Etyen” (Fransa)
"Panduri” (Rumıniya) - "Braqa” (Portuqaliya)
"Hafnarfyodur” (İslaniya) - "Genk” (Belçika)
"Minsk” (Belarus) - "Standart” (Belçika)
"Qrasshopers” (İsveçrə) - "Fiorentina” (İtaliya)
"Makkabi” (Hayfa, İsrail) - "Astra” (Rumıniya)
"Udineze” (İtaliya) - "Slovan” (Çexiya)
"Dinamo” (Tiflis, Gürcüstan) - "Tottenhem” (İngiltərə)
"Nomme Kalyu” (Estoniya) - "Dnepr” (Ukrayna)
"Partizan” (Serbiya) - "Tyun” (İsveçrə)