Karate millisində məşqçi dəyişikliyi oldu

Karate millisində məşqçi dəyişikliyi oldu

Qurban Tağıyev karate üzrə kişilərdən ibarət Azərbaycan milli
komandanın baş məşqçisi təyin edilib.
Federasiyadan verilən məlumata görə, Q.Tağıyev bir müddət əvvəl
müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti
əvəzləyib. O, həm də federasiyanın Məşqçilər Komitəsinin sədri olub. Milli komandanın lideri Rafael Ağayev isə məşqçilər heyətinə cəlb edilib. 
Qeyd edək ki, bir neçə ildir milli komandanın böyük məşqçisi olan
Qurban Tağıyev 5-ci dan qara kəmər sahibidir. O, idmançı karyerasında dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya Kubokunda isə dəfələrlə qalib və mükafatçısı olub.