Ötən həftə UEFA Çempionlar Liqası (ÇL) pley-off mərhələnin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə 10 cütlük formalaşıb.
Püşkün nəticəsinə əsasən, ölkəmizdə də kifayət qədər azarkeşi olan "Fənərbaxça”nın bəxti gətirməyib. Son anda ÇL-ə qatılacağı bəlli olunan İstanbul təmsilçisi bu mərhələdən mübarizə başlayacaq "Arsenal”la qüvvəsini sınayacaq. Onlar ingilisləri əvvəl evdə qəbul edib, ardınca Londona yollanacaqlar.
Bu cütlə yanaşı, pley-off mərhələsində PSV - "Milan” qarşılaşmasının da gərgin keçəcəyini gözləməyə dəyər.
İlk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq şansı olan Qazaxıstanın "Şaxtyor” klubuna çətin rəqib düşüb. Qazaxıstanlılar Şotlandiyanın "Seltik” klubu mübarizə aparmalı olacaq.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 20-21, cavab matçları isə 1 həftə sonra olacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
"Dinamo” (Zaqreb, Xorvatiya) - "Austriya” (Avstriya)
"Ludoqorets” (Bolqarıstan) - "Bazel” (İsveçrə)
"Viktoriya” (Plzen, Çexiya) - "Maribor” (Sloveniya)
"Şaxtyor” (Qazaxıstan) - "Seltik” (Şotlandiya)
"Styaua” (Rumıniya) - "Legiya” (Polşa)
"Lion” (Fransa) - "Real Sosyedad” (İspaniya)
"Şalke” (Almaniya) - "Metallist” (Ukrayna)
"Pasuş Ferreyra” (Portuqaliya) - "Zenit” (Rusiya)
PSV (Hollandiya) - "Milan” (İtaliya)
"Fənərbaxça” (Türkiyə) - "Arsenal” (İngiltərə)